Xanım boksçumuz finalda

Xanım boksçumuz finalda


Macarıstanda yeniyetmə və gənc qızlar arasında boks üzrə Avropa çempionatı keçirilir.
Çempionatda +80 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Alina Hacıyeva yarımfinalda macar Ester Bençzeni texniki nokautla məğlub edib.
Alina finalda rusiyalı Mariya Şişmareyeva ilə qarşılaşacaq. Rus boksçu yarımfinalda polşalı Aqata Katzmarska üzərində qələbə qazanıb.
Final görüşü bu gün keçiriləcək.