Boksçularımız Meksikaya yollanıblar

Boksçularımız Meksikaya yollanıblar


Boks üzrə Azərbaycan milli komandası təlim-məşq toplanışı üçün Meksikaya yollanıb. Boksçular oktyabrda Qətərdə keçiriləcək dünya çempionatına Şimali Amerikada hazırlıq keçirlər.
Rio-2016 Olimpiadasına lisenziya xarakterli yarışda Azərbaycan komandası tam heyətlə çıxış edəcək. Meksikadakı təlim-məşq toplanışında baş məşqçi Pedro Roke, məşqçilər Lazaro Ximenes və Nəriman Abdullayevin rəhbərliyi altında 9 boksçu hazırlıq keçir.
Seçmə komandanın liderlərindən yalnız Məhəmmədrəsul Məcidov (+91 kq) zədə səbəbindən toplanışa yollanmayıb. Avropa Oyunlarında iştirak etməyən Cavid Çələbiyev (56 kq) bu dəfə heyətə daxil edilib. Bu yaxınlarda Bolqarıstanda keçirilən Avropa çempionatında bürünc medal qazanan Rüfət Hüseynov da Meksikaya yollanıb.