Türkiyənin Ərzurum şəhərində boks üzrə beynəlxalq birinci Prezident kuboku turniri keçirilib. Beş gün davam edən yarışda 34 ölkədən 170 idmançı qüvvəsini sınayıb. Mübarizəyə qoşulan "Qəbələ” idman klubunun boksçuları yarışı iki medalla başa vurublar. Turnirdə 75 kiloqram çəki dərəcəsində çıxış edən Kamran Şahsuvarlı bütün rəqiblərini üstələyərək turnirin qızıl medalını qazanıb. 91 kq çəki dərəcəsində yarışan Məhəmmədəli Tahirov isə bürünc medala layiq görülüb.