Azərbaycan Boks Federasiyasının rəsmiləri Qətərdə AİBA-nın toplantısına qatılıblar

Azərbaycan Boks Federasiyasının rəsmiləri Qətərdə AİBA-nın toplantısına qatılıblar


Bu gün Qətərin paytaxtı Dohada boks üzrə dünya çempionatına start verilib. Yarışdan əvvəl Qətər Boks Federasiyasının prezidenti Yusuf Əli Əl Kazım Beynəlxalq Həvəskar Boks Assosiasiyasının (AİBA) rəsmiləri ilə görüşüb. Federasiya prezidenti Yusuf Əli Əl Kazım dünya çempionatına hazırlıqla bağlı bütün təşkilati işlərin yüksək səviyyədə həyata keçirildiyini diqqətə çatdırıb. Görüş AİBA prezidenti Çinq Ko Vunun və beynəlxalq federasiyanın İcraiyyə Komitəsinin üzvlərinin iştirakı ilə keçirilib. Tədbirdə ölkəmizi Azərbaycan Boks Federasiyasının (ABF) vitse-prezidenti, AİBA İcraiyyə Komitəsinin üzvü Süleyman Mikayılov və ABF-nin baş katibi Nağı Səfərov təmsil ediblər. Dünya çempionatı ilə bağlı toplantı iştirakçılarına məlumat verən Çinq Ko Vu yarışın yüksək səviyyədə təşkil ediləcəyinə əminliyini bildirib.
Toplantı çərçivəsində ABF rəsmiləri ilə Qətər Boks Federasiyasının prezidenti Yusuf Əli Əl Kazım arasında da görüş keçirilib.