Azərbaycanın şosse velosipedi üzrə qadınlardan ibarət yığma komandasının üzvü Yelena Pavluxina Fransada keçirilən "Chrono des Nations” veloyürüşündə uğurla çıxış edib. Rio-2016 Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan və fərdi ötüş sistemi üzrə keçirilən yarışlarda velosipedçilər 21 km məsafə qət ediblər. Velosipedçimiz bu məsafəni 29 dəqiqə, 31 saniyəyə qət edərək yekunda 5-ci yeri tutub və bununla da Rio-2016-ya 30 lisenziya xalı qazanıb. Hazırda Yelena Pavluxinanın aktivində ümumilikdə 53 reytinq xalı var.