9 Noyabr - Dövlət Bayrağı Günü ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsi və Azərbaycan Velosiped İdmanı Federasiyasının birgə təşkilatçılığı ilə "Bayrağımız qürur mənbəyimizdir!” devizi altında veloyürüş keçiriləcək. Yürüş noyabrın 7-də Dövlət Bayrağı Meydanından start götürəcək.
Yürüş iştirakçılar Dövlət Bayrağı Meydanı - Azneft prospekti - Dəniz limanı - Heydər Əliyev Mərkəzi və əks istiqamətdə hərəkət edəcəklər. 16.5 km-lik yürüş elə başladığı yerdə - Dövlət Bayrağı Meydanında başa çatacaq.
Bununla əlaqədar Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsi və Azərbaycan Velosiped İdmanı Federasiyası velosiped həvəskarlarını bu yürüşə dəvət edir. İştirakçılar velosiped və baş geyimlərini özləri ilə gətirməlidirlər.