Taysonun titulu əlindən alındı

Taysonun titulu əlindən alındı


Superağır çəkidə 3 versiya üzrə dünya çempionu Tayson Fyuri Beynəlxalq Boks Federasiyasının (İBF) titulundan məhrum edilib.
Buna 27 yaşlı idmançının Vladimir Kliçko ilə revanş döyüşünə çıxmaq istəyi səbəb olub. Qaydalara görə, böyük britaniyalı boksçu İBF tituluna mütləq iddiaçı, ukraynalı Vyaçeslav Qlazkovla görüşə razılaşmalı idi. Fyurinin nümayəndələri qərardan apellyasiya şikayəti verəcəklərini bildiriblər. Qeyd edək ki, Tayson Fyuri Vladimir Kliçkonu noyabrın 29-da Almaniyanın Düsseldorf şəhərində məğlub edib.