Əfsanəvi boksçu Məhəmməd Əlinin malikanəsi daşınmaz əmlak bazarında satışa çıxarılıb.
Olimpnews.az-ın xarici mətbuata istinadən məlumatına görə, Filadelfiya ətrafında yerləşən malikanə 750 min dollara satılır.
1965-ci ildə meşəlik ərazidə tikilən malikanənin sahəsi 621 kvadratmetrdir. Evdə 5 yataq otağı, 5 vanna otağı, 14 metr uzunluğunda bar, hovuz və həyətində tennis kortu var.
Xatırladaq ki, bu ilin əvvəlində Məhəmmə Əli və onun rəqibi Sonni Listonun əlcəkləri hərracda 956 min dollara satılmışdı. Həmin əlcəklər 1965-ci ildə tərəflər arasında məşhur döyüşdə istifadə edilmişdi.