"Kəpəz" - "Neftçi" oyunundan sonra mətbuat konfransı keçirildi. Olimpnews.az saytının məlumatına görə, "Kəpəz"in baş məşqçisi Şahin Diniyev jurnalistlərin suallarını cavablandırdı.
- Oyun haqda fikirlərinizi bilmək istərdik...
- İlk növbədə mən "Neftçi"dən, Ramosdan, jurnalist və azarkeşlərdən üzr istəyirəm. Nə olursa olsun, məşqçi təmkinli olmalıdır. Bilirəm ki, bu sual olacaq və əvvəlcədən üzr istəyirəm, günah məndədir.
Gərgin oyun keçdi. İrəlidə olan komanda hesabı qorumağa, rəqib isə qol vurmağa çalışırdı. Əsgər Abdullayev döyüşkən komanda yaradıb. Mənə elə gəlir ki, nəticə oyuna görə oldu. Düşünürəm ki liderlərdən çox aralanmamışıq və 3 xallıq sistemdə bu öz yerini tutmalıdır. Azarkeşlərimiz möhtəşəmdir və hər zaman arxamızda dururlar.
- Əsgər Abdullayev və futbolçularınız 2 xal itirdiklərini dedi...
- Oyuna baxış prizması var. Məhəmməd Qurbanov və Budaq Nəsirov qol vursa idi, fərqli olardı. Oyunun keyfiyyətini götürsək, başabaş mübarizə getdi. Rəqibin adı hər şey deməkdir. Neftçi köklü klubdur.
- Kərim Diniyev 90 dəqiqə oynamağa hazırdır?
- Söhbət ata-oğul münasibətindən getmir. Onun vəzifəsi dağıdıcı və yaradıcı futbolçular arasında münasibət qurdu. yaradıcıda problem vardı. Kərimin "Kəpəz" üçün xeyri kifayət qədərdir.
- Çempionatın ilk hissəsi bitdi. İkinci hissəyə hazırlıq planı müəyyənləşib və komandadan kimlər gedəcək?
- Artıq qərar vermişik. Bunları sivil formada həyata keçirməliyik. Komanda qatardır, biri minir və biri düşür. Təxminən 4-5 futbolçu komandadan gedəcək və 2-i gələcək. Bunlardan biri hücum, iri isə kənar yarımmüdafiəçisidir. Yanvarın 14-də 1 həftəlik Yevlaxda fiziki hazırlıq keçəcəyik. Daha sonra Bakıda taktika hazırlaşacağıq. Yevlaxda 1, Bakıda 2 oyun keçirəcəyik. Rəhbərlik tərəfindən Antalya planı vardı, Amma mən yol yorğunluğu, vaxt itkisinə görə imtina etdim.
- Ramosla yaşanan insidentdə nə baş vermişdi?
- Yan xətdə zamanı yalnış qərar verildi və mən də etiraz etdi. Ramos da məni hakimə göstərdi və məni çağırmaq istədi. Mən də ona işarə etdim ki, sus! Ancaq sonra ondan üzr istədim, çünki futbolçu meydanda hər şey edə bilər. Sizə söz verirəm ki, bir də elə səhv etməyəcəm.
Rahib Səmədov,
Gəncə