Azərbaycan Velosiped İdmanı Federasiyası 2015-ci ildə ölkəmizdə aparılan dövlət gənclər siyasətinin inkişafı və gənclərin ictimai-siyasi proseslərdə iştirakı sahəsində "İrəli" İctimai Birliyi ilə sıx əməkdaşlığına və göstərdiyi dəstəyə görə xüsusi diplomla təltif edilib.
Mükafat federasiyanın baş katibi Fərhad Əliyevə "İrəli" İctimai Birliyinin ilin yekunları ilə bağlı keçirdiyi tədbir zamanı təqdim edilib.