Rusiyalı döyüşçü Fyodor Yemelyanenko 3 illik fasilədən sonra rinqə çıxıb.
39 yaşlı idmançı Yaponiyada özündən 11 yaş kiçik hindistanlı Ceydip Sinqhlə üz-üzə gəlib.
Qarşılaşma elə ilk raundda başa çatıb. Yemelyanenko rəqibini yerə yıxaraq, ona boğucu fənd tətbiq etdikdən sonra zərbələr endirməyə başlayıb. Referi isə görüşü dayandıraraq, rusiyalı döyüşçünü qalib elan edib.
Qeyd edək ki, Fyodor Yemelyanenko sonuncu dəfə 21 iyun 2012-ci ildə rinqə çıxıb. O, braziliyalı Pedro Rizzona nokautla qalib gəlib.