Hokkey oyununda dava düşüb

Hokkey oyununda dava düşüb



Yeniyetmə hokkeyçilər arasında keçirilən Baltika Kubokunun Rusiya - Latviya matçında kütləvi dava baş verib.
Rusiya mətbuatının yazdığına görə, qarşılaşmanın sonlarında tərəflər əlbəyaxa olublar.
Qadın hakim buz döyüşünün qarşısını almağa çalışsa da, qəzəbli hokkeyçilər onun xahişinə məhəl qoymayıblar. Döyüş 2 dəqiqədən çox davam edib.