Amerikalı məşhur boksçu Floyd Meyvezer yanvar ayının axırınadək ikinci orta ağır və birinci orta çəkidə WBA çempionu titulundan məhrum edilib.
"Boxingscene” saytının yazdığı məlumata görə, Meyvezer əvvəllər ikinci orta ağır çəkidə WBC çempionu titulundan da məhrum edilib.
Xatırladaq ki, amerikalı boksçu peşəkar rinqdə keçirdiyi 49 döyüşün hər birində qalib gəlib. Andre Berto ilə son qarşılaşmasında ona üstün gələn Floyd Meyvezer idmanı tərk etdiyini açıqlayıb.