"Formula-1"in ilk qadın pilotu Mariya Tereza de Filippis vəfat edib. İtaliyalı idmançı 90 yaşında dünyasını dəyişib.
O, 1958-ci ildə 3 Qran-Pri yarışında iştirak edib. İlk yarışda o, finişə 10-cu çatıb. De Filippis karyerasını öz komandasının rəhbəri Jan Behrin ölümündən sonra başa vurub. 1997-ci ildə isə sabiq pilotların beynəlxalq klubunun vitse-prezidenti seçilib.
Qeyd edək ki, indiyədək "Formula 1"ə 5 qadın pilot qatılıb. Onlardan yalnız 2-si yürüş zamanı start xəttinə çıxıb.