“Rokki” hərracda pul qazandı

“Rokki” hərracda pul qazandı

Məşhur Hollivud ulduzu Silvestr Stallone bir neçə əşyanı hərracda satıb. Satılan əşyalar arasında "Formula-1” üzrə üçqat dünya çempionu Ayrton Sennanın dəbilqəsi də var. Olimpnews.az saytının məlumatına görə, Senna 1994-cü ildə Braziliya Qran-prisindən sonra dəbilqəni şəxsən Stalloneyə hədiyyə etmişdi.

Hərracda dəbilqəni Nyu-York sakini 43 min 750 dollara satın alıb. Üç gün davam edən hərracda Stallone 3 milyon dollardan artıq qazanc əldə edib. Sennanın dəbilqəsindən əlavə, satılan əşyalar arasında Məhəmməd Əlinin əlcəkləri də olub. Əfsanəvi boksçunun əlcəklərinin satın alınması üçün 47 min 500 dollar ödənilib. Ən yüksək qiymətə satılan əşya isə Stallonenin "Rokki” filmində geyindiyi dəri gödəkçə olub. Gödəkçə 149 min dollara satılıb.