Kliçko olimpiadaya getməyəcək

Kliçko olimpiadaya getməyəcək



Superağır çəkidə keçmiş dünya çempionu ukraynalı Vladimir Kliçko Rio-2016 Yay Olimpiya Oyunlarında iştirak etmək haqqında fikirləşmədiyini deyib.
Ukraynalı boksçunun bu qərarı onun britaniyalı Tayson Fyuri ilə revanş matça hazırlaşması ilə bağlıdır. V.Kliçko ötən ilin noyabr ayında ona uduzub və bu barədə hakimlərin qərarı yekdil olub.
"İrish Examiner” nəşrinin yazdığına görə Vladimir Kliçko deyib: "Olimpiya Oyunlarında bir daha iştirak etmək istərdim, lakin indi Tayson Fyuri ilə revanş matça hazırlaşıram”.