Türkiyədə həndbolçuları aparan avtobus aşdı

Türkiyədə həndbolçuları aparan avtobus aşdı



Türkiyənin Kayseri şəhəri yaxınlığında həndbol komandasını daşıyan avtobus aşıb.

Türkiyə mətbuatının yazdığına görə, Kahramanmaraş-Kayseri magistral yolda baş verən qəza nəticəsində 1 nəfər ölüb, 12 nəfər yaralanıb.

İlkin məlumata görə, qəza sürücünün idarəetməni itirməsi nəticəsində baş verib.
Hadisə yerinə xilasedicilər, polis əməkdaşları və təcili yardım briqadaları cəlb olunub. Xəsarət alanlar xəstəxanalara yerləşdirilib.