Berni Ekklstoun “Formula-1”i satdı

Berni Ekklstoun “Formula-1”i satdı



"Formula-1"in sahibi Berni Ekklstoun səhmlərin 18,7 faizi "Liberty Media”ya məxsus olan şirkətini satıb.

Dünyanın ən populyar avtomobil yarışıları olan "Formula-1” 4,4 milyard dollar müqabilində "Liberty Media”ya satılıb.

Bundan sonra şirkətin yeni rəhbəri Çeyz Keyri olacaq.
Ekklstoun isə idarə heyətində qalacaq.

"Formula-1”in mərkəzi əvvəlki kimi London şəhəri olacaq. "Liberty Media”nın adı isə dəyişdirilərək "Formula-1 Qrupu” olacaq.