Məşhur amerikalı boksçu Mayk Tayson gənc nəslin nümayəndələrinin onu, sadəcə, aktyor kimi tanıdıqlarını deyib.
Ağır çəkidə WBA, WBC, IBF kateqoriyaları üzrə dünya çempionu Mayk Tayson "Sports Illustrated"ə müsahibəsində Amerika məktəblərinin birində olarkən təəssüratlarından danışıb.
"Dəmir Mayk" deyib ki, məktəblilərlə görüş zamanı onun döyüşlərinin videoları nümayiş olunub: "Uşaqlar başa düşmürdülər ki, rinqdəki boksçu Tayson idi. Onlar düşünürdü ki, mən, sadəcə, "İçki düşkünləri Las Veqasda" filminə çəkilmiş bir akyoram".
Qeyd edək ki, Mayk Tayson mükafatlarının keyfiyyətinə görə "The Ring" jurnalının seçiminə əsasən, "İlin hadisəsi" nominasiyası üzrə rekordçudur. Bundan başqa onun bir neçə dünya rekordunu hələ də yeniləyən olmayıb. İdmançı öz həyatından bəhs edən "Tayson" (1994) filmində, bir çox sənədli və bədii filmlərdə özünü aktyor kimi sınayıb.