Fransa yığması dünya çümpionu oldu

Fransa yığması dünya çümpionu oldu



Fransa yığması kişilər arasında keçirilən həndbol üzrə dünya çempionatının qalibi olub.
Fransalılar doğma meydanda keçirilən turnirin finalında Norveç yığması üzərində 33:26 hesabı ilə qələbə qazanıblar.
Fransa həndbolçuları bu titula dalbadal 2-ci, ümumilikdə isə 6-cı dəfə (1995, 2001, 2009, 2011, 2015, 2017-ci illər) yiyələniblər. Eyni zamanda 2001-ci ildə də turnir Fransada keçirilib.
Çempionatın bürünc mükafatçısı üçüncü yer uğrunda görüşdə Xorvatiyanı 31:30 hesabı ilə məğlub edən Sloveniya olub.
Növbəti dünya çempionatı 2019-cu ildə Danimarka və Almaniyada keçiriləcək.