Taekvondoçular Hollandiyaya yollanıblar

Taekvondoçular Hollandiyaya yollanıblar
Böyüklərdən və gənclərdən ibarət taekvondo üzrə Azərbaycanın yığma komandaları Hollandiyaya yollanıb. Olimpnews.az saytının məlumatına görə, taekvondoçularımız burada keçirilən "Dutch Open” beynəlxalq turnirində iştirak edəcəklər. Dünya Taekvondo Federasiyası və Hollandiya Taekvondo Federasiyasının birgə təşkilatçılığı ilə Eyndhoven şəhərində keçiriləcək yarışa sabah start veriləcək.

İki gün davam edəcək "G1” kateqoriyalı reytinq xarakterli yarışda böyüklərdən ibarət yığma komandamız 18 idmançı ilə mübarizə aparacaq. Gənclərdən ibarət millimizin heyətində isə 10 taekvondoçu yer alıb.

Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayevin rəhbərliyi ilə Eyndhovenə yollanan komandalarımız martın 14-də Vətənə qayıdacaqlar.