IV İslam Həmrəyliyi Oyunlarında iştirak edəcək boks yığmamızın heyəti açıqlanıb

IV İslam Həmrəyliyi Oyunlarında iştirak edəcək boks yığmamızın heyəti açıqlanıb



Kişi boksçulardan ibarət Azərbaycan milli komandasının mayın 12-də Bakıda start götürəcək IV İslam Həmrəyliyi Oyunları üçün heyəti müəyyənləşib. 11 gün davam edəcək yarışda ölkəmizin idman şərəfini 10 boksçumuz qoruyacaq.

"Olimpnews.az” Azərbaycan Boks Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, Azərbaycan boks yığmasının baş məşqçisi Leonid Loivskinin rəhbərlik etdiyi məşqçilər korpusu İslamiadada təcrübəlilərlə yanaşı, gənc perspektivli boksçulara da şans verəcək. Titullu boksçularımız arasında dünya çempionlarımız Cavid Çələbiyevlə Məhəmmədrəsul Məcidov, Avropa çempionatının və Bakı-2015 Avropa Oyunlarının qalibi Teymur Məmmədov, Bakı-2015-in bürünc medalçısı Tayfur Əliyev, Rio-2016 Olimpiadasının mükafatçısı Kamran Şahsuvarlı da yer alıb.

Boks yığmasının heyətinə daxil edilib:

49 kq. Rüfət Hüseynov
52 kq. Məsud Yusifzadə
56 kq. Tayfur Əliyev
60 kq. Cavid Çələbiyev
64 kq. Elvin İsayev
69 kq. Tamerlan Abdullayev
75 kq. Kamran Şahsuvarlı
81 kq. Rauf Rəhimov
91 kq. Teymur Məmmədov
+91 kq. Məhəmmədrəsul Məcidov

Qeyd edək ki, İslam Həmrəyliyi Oyunları "Bakı Kristal Zal-2”də keçiriləcək. Yarışlara mayın 12-də start veriləcək. Boks üzrə finallar isə mayın 18-də keçiriləcək.