Məhəmmədrəsul Məcidov İslamiadaya qələbə ilə başlayıb

Məhəmmədrəsul Məcidov İslamiadaya qələbə ilə başlayıb



Bu gün IV İslam Həmrəyliyi Oyunlarında boks yarışlarına start verilib. 

"Olimpnews.az" xəbər verir ki, yarışın ilk günündə Azərbaycan milli komandasının bir üzvü rinqə çıxıb.

+91 kq çəki dərəcəsində qüvvəsini sınayan Məhəmmədrəsul Məcidov 1/8 finalda qazaxıstanlı Nurlan Saparbayla qarşılaşıb. Döyüş ikiqat dünya çempionumuzun qələbəsi ilə yekunlaşıb. Rəqibini II raunda nokdauna da salan Məcidov yekunda 5:0 hesabı ilə qalib gəlib.

O, 1/4 finalda Uosri Hafizlə (Misir) döyüşəcək. Görüş mayın 15-də olacaq.