Karateçimiz qızıl medal qazandı

Karateçimiz qızıl medal qazandı



Ölkəmizdə IV İslam Həmrəyliyi Oyunları keçirilir.
"Olimpnews.az” saytının məlumatına görə, IV İslam Həmrəyliyi Oyunları çərçivəsində keçirilən karate yarışlarının final görüşlərinə start verilib.

Karatenin kata yarışlarında ölkəmizi təmsil edən Roman Heydərov həlledici final görüşündə türkiyəli rəqibi Mehmet Yakanla qarşılaşıb. İdmançımız hakimlərin ümumi rəyinə əsasən qızıl medala layiq görülüb.

Qeyd edək ki, təmsilçimiz 1/8 finalda İndoneziya idmançısı Əhməd Yuda, 4/1 finalda isə Şahyerdi Əbolfazi (İran) üzərində qələbə qazanıb. Karateçimiz yarımfinalda Birləşmiş Ərəb Əmirliklərinin təmsilçisi Xəlifə Əlabarini də məğlub edib -5:0.