Voleybol yarışları davam edir

Voleybol yarışları davam edir



Ölkəmizdə IV İslam Həmrəyliyi Oyunları keçirilir. 

Mayın 15-də Bakı-2017 IV İslam Həmrəyliyi Oyunları çərçivəsində voleybol yarışının beşinci gününün oyunları başlayıb.
Günün birinci oyununda kişilərin mübarizəsində "A” qrupunda Türkiyə və Pakistan yığma komandaları qarşılaşacaq.
Saat 19:00-da keçiriləcək ikinci oyunda Türkiyənin qadın voleybolçulardan ibarət millisi ilə Qırğızıstan yığması üz-üzə gələcək.
Günün sonuncu qarşılaşmasında – saat 21:30-da "A” qrupunun oyunları çərçivəsində Qətər və Səudiyyə Ərəbistanının kişilərdən ibarət komandaları qarşılaşacaq.