Cüdo komandamız günə uğurla başlayıb

Cüdo komandamız günə uğurla başlayıb




Ölkəmizdə IV İslam Həmrəyliyi Oyunları keçirilir.

Bu gün Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunları çərçivəsində cüdo yarışlarına yekun vurulacaq.
Məlumat üçün bilirək ki, idmançılarımız fərdi yarışlarda 13 medala sahib olublar. Paracüdo yarışlarında isə 11 medal qazanılıb. 

"Olimpnews.az” xəbər verir ki, adıçəkilən növ üzrə mübarizənin son günündə komanda yarışlarında mükafatçılar bəlli olacaq. Belə ki, həm kişi, həm qadın yığmaları ən güclünü müəyyənləşdirəcək.

Kişilər

Orxan Səfərov (60 kq), Rüstəm Orucov (73 kq), Rüfət İsmayılov (81 kq), Məmmədəli Mehdiyev (90 kq) və Uşanqi Kokauridən (+100 kq) ibarət komandamız mübarizəyə 1/8 finaldan başlayıb. Yığmamız Qırğızıstanı 5:0 hesabı ilə məğlub edib.
1/4 finalda rəqib ilk mərhələdən azad olan Türkiyə millisi olub. Rüfət, Məmmədəli və Uşanqi rəqiblərinə qalib gəldiklərindən, digər cüdoçuların tatamiyə çıxmalarına ehtiyac qalmayıb. Nəticədə asan qələbə qazanan komandamız yarımfinalda Özbəkistana rəqib olub.

Qadınlar

Azərbaycan millisi B qrupunda ilk görüşünü Özbəkistana qarşı keçirib. Komandamızın heyətində Nəzakət Əzizova (52 kq), İçhinkotloo Munxtsedev (57 kq), Xanım Hüseynova (63 kq), Gülsədəf Kərimova (70 kq) və İrina Kindzerska (+70 kq) mübarizə aparıblar. Xanım Hüseynova və Gülsədəf Kərimova rəqiblərinə yenilsələr də, digər cüdoçularımızın qələbəsi yığmamıza 3:2 hesablı qalibiyyət qazandırıb.