Ölkəmizdə IV İslam Həmrəyliyi Oyunları keçirilir.
"Olimpnews.az” xəbər verir ki, atıcımız Ruslan Lunyov yarışlarda 4-cü qızıl medalını qazanıb.
İdmançımız 10 metr məsafədən pnevmatik tapança ilə atəş açmaqda hamıdan dəqiq olub.
Lunyov bu gün keçirilən yarışda 240.7 xal toplayıb.
Təmsilçimiz türkiyəli Yusuf Dikecini cəmi 1 xal qabaqlayıb.
Qeyd edək ki, Ruslan bunadək 25 metrdən tapança ilə mərkəzə atəş açma, eyni məsafədən sürətli atəş açma və standart tapança ilə atəş açmaqda fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.