Ölkəmizdə IV İslam Oyunları keçirilir.
"Olimpnews.az” xəbər verir ki, yarışlarda dünyanın 50-dən artıq ölkəsindən 3 mindən çox idmançı 269 dəst medal uğrunda mübarizə aparır.
Mayın 16-da idmançılarımız 13 medal qazanıblar. Bu medallardan 8-i qızıl, 1-i gümüş, 4-ü isə bürüncdür.
Gün ərzində ən çox medal atletika və paraatletika yarışlarında əldə olunub. Atlerlərimiz 5 -4 qızıl və 1 bürünc medala sahib olublar.
Maraqlıdır ki, Oyunların 4-cü günündə Ruslan Lunyov və Maksim Şeberev özlərinin dördüncü qızıl medallarını qazanıblar.
Hazırda komandamız 81 medalla (41 qızıl, 24 gümüş və 16 bürünc) ikinci pillədəki yerini qoruyur.
Türkiyə yığma komandası medal siyahısına liderliyi davam etdirir. Qardaş ölkənin idmançıları gün ərzində 23 medal əldə ediblər. Bu medallardan 8-i qızıl, 9-u gümüş, 6-sı isə bürüncdür.
İlk beşliyi İran (37 medal, 10-12-15), Özbəkistan (34 medal, 7-9-18) və İndoneziya (42 medal, 6-18-18) tamamlayır.
Ümumilikdə dörd gün ərzində 28 ölkənin idmançıları aktivlərinə medal yazdıra biliblər.
Yarışlar mayınn 22-dək davam edəcək.