Ölkəmizdə IV İslam Həmrəyliyi Oyunları keçirilir.
"Olimpnews.az”ın məlumatına görə, mayın 17-də Heydər Əliyev adına İdman Arenasında güləş yarışlarına start verilib. Yarışlarda sərbəst, yunan-Roma və qadın güləşi üzrə yığma komandamız mübarizə aparırlar.
Yarışların ilk dörd günündə sərbəst və yunan-Roma güləşçiləri yarışırlar.
Sərbəst güləş yarışlarında ölkəmizi yığma komandanın baş məşqçisi Firdovsi Umudov, böyük məşqçi Zəlimxan Hüseynov, məşqçilər Arif Abdullayev və Sadruddin Ayqubovun rəhbərliyi altında Mahir Əmiraslanov (57 kq), Hacı Əliyev (61 kq), Məhəmməd Müslümov (65 kq), Murtuz Müslümov (70 kq), Cəbrayıl Həsənov (74 kq), Şərif Şərifov (86 kq), Nurməhəmməd Hacıyev (97 kq) və Cəmaləddin Məhəmmədov (125 kq) yarışlarda təmsil edirlər.
Yunan-Roma güləşi yarışlarında yığma komandanın baş məşqçisi Şaban Donat, böyük məşqçi Akif Əliyev və məşqçi Nurəddin Rəcəbovun rəhbərliyi altında Murad Məmmədov (59 kq), Kamran Məmmədov (66 kq), Rəsul Çunayev (71 kq), Elvin Mürsəliyev (75 kq), Rafiq Hüseynov (80 kq), İslam Abbasov (85 kq), Orxan Nuriyev (98 kq) və Sabah Şəriəti (130 kq) qüvvələrinin sınayırlar.
Yarışlara saat 10-da start verilib. İlk gündə yunan-Roma güləşi üzrə 59 kq, 71 kq, 80 kq və 98 kq çəki dərəcəsində idmançılar döşək üzərinə çıxıblar.
59 kq
1/4 final - Murad Məmmədov - M.Nurbaxş (İRİ)
71 kq
1/4 final - A. Budjemline (ALG) - Rəsul Çunayev
80 kq
1/4 final - A.Azisbekov (KGZ) - Rafiq Hüseynov
98 kq
1/4 final - T.Raza (PAK) - Orxan Nuriyev
Rafiq Hüseynov və Orxan Nuriyev finala vəsiqə qazanıblar.
Rəsul Çunayev və Murad Məmmədov bürünc medal uğrunda yarışacaq.
Final görüşləri isə saat 18:00-da başlayacaq.