Medallarımızın sayı 99-a çatıb

Medallarımızın sayı 99-a çatıb



Ölkəmizdə IV İslam Oyunları keçirilir.

"Olimpnews.az”ın məlumatına görə, yarışlarda dünyanın 50-dən artıq ölkəsindən 3 mindən çox idmançı 269 dəst medal uğrunda mübarizə aparır. Azərbaycanı bu Oyunlarda 325 idmançımız təmsil edir.

Dünən IV İslam Həmrəyliyi Oyunlarının 6-ci gününə yekun vurulub. Yığmamız günü 18 medalla başa vurub.
İdmançılarımız 9 qızıl medala sahib olublar.
10 metrdən pnevmatik tapançadan atəş açmaqda qarışıq komanda (Ruslan Lunyov, Nigar Nəsirova), həmçinin Samir Nəbiyev (paraatletika, diskatma), Elmir Cəbrayilov (paraatletika, 100 m), Patimat Abakarova (taekvondo, 49 kq), Ayxan Tağızadə (taekvondo, 68 kq), Orxan Nuriyev (yunan-Roma güləşi, 98 kq), Nazim Babayev (atletika, üçtəkanla tullanma), Milad Beiqi Harçeqani (taekvondo, 80 kq) və Radik İsayev (taekvondo, +87 kq) hamıdan güclü olub.
Yığmamız günü 5 gümüş medalla tamamlayıb. Dairəvi stenddəki qarışıq komanda (Emin Cəfərov, Nurlana Cəfərova), həmçinin Rahib Məmmədov (atletika, sədləri dəf etməklə 110 m ), Rafiq Hüseynov (yunan-Roma güləşi, 80 kq), Aleksis Kapello (atletika, üçtəkanla tullanma) və Fəridə Əzizova (taekvondo, 67 kq) İslamiadanı ikinci pillədə başa vurub.
Yarışların 6-cı günündə komandamız 4 bürünc qazanıb. Üzgüçülük yığması (kompleks üsulla 4x100 m; Yuliya Stisyuk, Fatimə Əlkərimova, İlahə Rciyeva və Alsu Bayramova), Murad Məmmədov (yunan-Roma güləşi, 59 kq), Rəsul Çunayev (yunan-Roma güləşi, 71 kq) və Oloxan Musayev (paraatletika, diskatma) üçüncülüklə kifayətlənib.
Bununla, Azərbaycan yığmasının aktivindəki medal sayı 99-a çatıb. Sabah qazanılacaq ilk mükafat sayca 100-cü olacaq.
Radik İsayevin qazandığı qızıl medal ölkəmizin aktivinə 50-ci çempionluq qazandırıb. Millimiz İslamiadada 29 gümüş və 20 bürünc də qazanıb. Ümumi komanda hesabında yalnız Türkiyədən geri qalan ölkəmiz 2-ci pillədə qərarlaşıb. 3-cü sırada isə İran qərarlaşıb.
Qeyd edək ki, ümumilikdə 166 dəst medal sahibini tapıb. İştirakçı ölkələrdən 20-si çempion olub, 33-ü mükafatçılar sırasında yer alıb.