Serena Uilyams ailə həyatı qurub

Serena Uilyams ailə həyatı qurub



Dünya şöhrətli tennisçi Serena Uilyams ötən həftə ailə həyatı qurub. Onun həyat yoldaşı "Reddit” saytının yaradıcısıdır.

ABŞ-ın Yeni Orlean şəhərində təşkil olunan cütlüyün toy mərasimində bir çox məşhurlar iştirak ediblər. Gəlin toyda "Alexander McGueen” və "Versace”, bəy isə "Giorgio Armani” brendindən istifadə edib. Foto hüququ yalnız "Vogue” jurnalına məxsus olub, qonaqlara toydan foto çəkməyə və paylaşmağa icazə verilməyib.

Qeyd edək ki, Serena Uilyams Sidney-2000, Pekin-2008 və London-2012 Olimpiya Oyunlarının çempionu, "Böyük dəbilqə” turniri üzrə fərdi yarışların 23 dəfə qalibidir.