Formula-1-də dəyişiklik gözlənilir

Formula-1-də dəyişiklik gözlənilir



Formula-1 komandası Beynəlxalq Avtomobil İdmanı Federasiyası (FİA) ilə birlikdə yürüşlərin sayını artırmağı planlaşdırır.

Olimpnews.az Autosport nəşrinə istinadən xəbər verir ki, FİA yürüşlərin sayının artırılması ilə bağlı bolidlərin aerodinamikasında dəyişikliklər etmək üçün müəyyən təkliflər irəli sürüb.
Aprelin 30-dək 2019-cu il üzrə bolidlərin aerodinamikası ilə bağlı texniki reqlament dəyişiklikləri ictimaiyyətə təqdim olunacaq.