WBA Super, WBO, İBF və İBO versiyaları üzrə dünya çempionu Entoni Coşua növbəti döyüşündə keçmiş dünya çempionu Vladimir Kliçkonu öz yanında görmək istədiyini bildirib.
"Sky Sports” nəşrinin yazdığına görə, məşhur boksçu deyib: "Vladimir Kliçkonu rinqdə yanımda görmək istəyirəm. Çünki əminəm ki, Kliçkonun təcrübəsi mənim çox köməyimə gələcək. O, əvəzolunmaz və təcrübəli boksçudur. On il ərzində boksda lider idmançıdan çox şey öyrənə bilərəm. Onun döyüşdə yanımda olmasını istəyirəm”.