Kanadanın Toronto şəhərində yarımağır çəki dərəcəsində WBC versiyası üzrə çempion titulu uğrunda Adonis Ctivenson və Badu Cek arasında qarşılaşma keçirilib.
Döyüşün 12-ci raundunda boksçuları biri-birindən ayırmaq istəyən hakim rəqiblərin birindən ağır zərbə alıb. Belə ki, Badu Cek rəqibini vurmaq istərkən təsadüfən ədalət təmsilçisinə dəyib. Azacıq fasilədən sonra döyüş davam etdirilib.
Hakimlərin böyük səs çoxluğu hesab heç-heçə qurtarıb və Stivenson çempion titulunu qoruyub saxlayıb.