Atçılıq festivalı keçiriləcək

Atçılıq festivalı keçiriləcək




Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyi münasibətilə ölkəmizdə və onun hüdudlarından kənarda silsilə tədbirlər davam edir. 

Azərbaycan Respublikası Atçılıq Federasiyası (ARAF) da yubiley münasibətilə milli atçılıq festivalına start verəcək. İyunun 2-dən 17-dək keçiriləcək festival çərçivəsində bir neçə yerli və beynəlxalq turnirlər keçiriləcək.
Silsilə tədbirlərlə əlaqədar mayın 31-də saat 12:00-da "Elite Horse & Polo Club”da mətbuat konfransı və ziyafət təşkil olunacaq. Konfransda Milli Atçılıq Festivalı ilə bağlı bütün məlumatlar ictimaiyyətə çatdırılacaq.