Yoldaşlıq görüşünün bütün biletləri satılıb

Yoldaşlıq görüşünün bütün biletləri satılıb

Bu gün yerli vaxtla 19:00-da başlayacaq futbol üzrə Rusiya və Türkiyə arasında yoldaşlıq görüşünün bütün biletləri satılıb. Qeyd edək ki, Moskvanın 30 min tamaşaçı tutumuna malik "VEB-Arena” stadionunda keçiriləcək qarşılaşma dünya çempionatından öncə Rusiya yığması üçün son oyundur. Belə ki, mundiala iyununun 14-də Moskva vaxtı ilə saat 18:00-da (Bakı vaxtı ilə 19:00) Rusiya-Səudiyyə Ərəbistanı matçı ilə start götürəcək.