FİFA prokurorluğa şikayət edib

FİFA prokurorluğa şikayət edib

Beynəlxalq Futbol Federasiyası İsveçrənin "Viagogo” online-servisindən yerli prokurorluğa şikayət edib. Qurumun mətbuat xidmətinin məlumatına görə bu Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatına qanunsuz bilet satışı ilə bağlıdır. Bununla yanaşı FİFA dünya çempionatının oyunlarına bilet almaq üçün yeganə rəsmi servisin "FIFA.com/tickets” saytı olduğunu diqqətə çatdırıb. Qeydiyyatdan keçməyən kanallar vasitəsilə əldə edilən biletlərin etibarsız sayılacağı, onların sahiblərinin isə stadionlara girə bilməyəcəyi ilə bağlı xəbərdarlıq edib.
Qeyd edək ki, FIFA dünya birinciliyinin oyunları üçün nəzərdə tutduğu 2,7 milyon biletin 2,3 milyondan çoxu satılıb.