Maksim Medvedev: “Bu oyun bizim üçün böyük təcrübə oldu”

Maksim Medvedev: “Bu oyun bizim üçün böyük təcrübə oldu”

Azərbaycan milli komandasının üzvü Maksim Medvedev Qazaxıstan yığması ilə keçirilmiş yoldaşlıq oyunu barədə fikirini bildirib:
"Rəqib yaxşı oyun göstərdi. Bu oyun bizim üçün böyük təcrübə oldu. Millətlər Liqası öncəsi bu cür rəqiblə mübarizə aparmaq vacibdir. Təbii ki, belə rəqiblə oyunlar qarşıda bizim yaxşı oyun göstərməyimiz baxımından üstünlükdür. Millətlər Liqasında müxtəlif oyun üslüblarına malik komandalar var. Qazaxıstan yığması da o komandalardandır ki, özünəməxsus oyunu var”.