Ramil Şeydayev: “Görünür, məğlubiyyətə layiq idik”

Ramil Şeydayev: “Görünür, məğlubiyyətə layiq idik”

Azərbaycan milli komandasının üzvü Ramil Şeydayev Qazaxıstan yığması 3:0 hesabla məğub olduqları yoldaşlıq oyunu barədə fikirini belə ifadə edib: "Açığı bu cür oyun gözləmirdim. Görünür, məğlubiyyətə layiq idik. Pis oynadıq. Mübarizələri uduzduq. Ancaq həvəsdən düşmək lazım deyil. Düşünürəm ki, qarşıda hər şey yaxşı olacaq. Əsas odur ki, daha çox çalışmalıyıq. Özümüzə və komandaya inanmalıyıq”.