Futbol üzrə milli komandamızın Latviya yığması ilə iyunun 9-da Riqanın "Dauqava” stadionunda keçiriləcəyi beynəlxalq yoldaşlıq oyununun hakimləri müəyyənləşib. Qarşılaşmanı Belarus Futbol Federasiyasından Denis Şerbakov idarə edəcək. Ona həmyerliləri Yuri Xomçanka və Andrey Xetsikov kömək edəcəklər. Dördüncü hakim Aleksandr Anufriyev olacaq.