Qəbələ" dünya kuboku yarışlarında mübarizə aparacaq

Qəbələ"  dünya kuboku yarışlarında mübarizə aparacaq


"Qəbələ"nin 15 yaşadək futbolçulardan ibarət komandası beynəlxalq turnirdə - iyunun 7-dən 10-dək Macarıstanda keçiriləcək Qallini dünya kuboku yarışlarında iştirak edəcək. Komanda   "B" qrupunda Macarıstanın "Dinamo Star" və İtaliyanın "Venetsiya" klubları ilə mübarizə aparacaq. İyunun 8-də keçiriləcək ilk oyunda futbolçularımız macarıstanlı həmyaşıdları qarşılaşacaq . Ertəsi gün "qırmızı-qaralar" Apennin təmsilçisi ilə görüşəcəklər.
Qrup oyunlarının nəticələrinə əsasən, təmsilçimiz iyunun 9-10-da daha 3 matça çıxacaq.