Portuqaliya yığmasının hücumçusu Kriştianu Ronaldo dünya çempionatı ərzində yeni cangüdənlərlə mühafizə olunacaq. Ulduz futbolçu MMA döyüşçüsü Qonsalo Salqado və keçmiş desant Nuno Marekosun xidmətlərindən yararlanacaq.
Məlumat üçün bildirək ki, Salqado 2006-2011-ci illərdə ağır çəki üzrə keçirdiyi 7 döyüşdən 5-də qələbə qazanıb. Ronaldoya qədər o paytaxt Lissabonda fəaliyyət göstərən torridaların birində mühafizə xidmətinin rəhbəri olub.