DÇ-2018: Oyunlar ləğv oluna bilər

DÇ-2018:  Oyunlar ləğv oluna bilər

FİFA prezidenti Canni İnfantino dünya çempionatına son hazırlıqlar barədə danışarkən irqçilik məsələsində mərhəmət göstərməyəcəklərini bildirib. O, bu cür şüarlar səslənəcəyi, dava-dalaşlar olacağı təqdirdə, matçların ləğvinin də mümkün olduğunu bildirməklə qeyd edib ki, belə bir hadisə yaşanarsa, hakimlər oyunu dayandıracaq. Hətta referilərə matçı ləğv etmək haqqı da vermişik.