Rusiyada keçiriləcək futbol üzrə XXI dünya çempionatı ərəfəsində məşqlərə başlayan İran yığmasının hücumçusu Reza Quçannecad müqəddəs Ramazan ayının komandaya təsirindən danışıb. Qeyd edib ki, Ramazan ayında oruc tutmağımız məşq prosesinə o qədər də güclü təsir etmir. Futbol böyük fiziki yük səbəbindən xüsusi yanaşma tələb edən idman növüdür. Ona görə özümüzü bir az zəif hiss edirik. Dünya çempionatının qrup mərhələsində üç mühüm matçımız, o cümlədən bizim üçün müəyyən mənada final olacaq Mərakeş komandası ilə görüşümüz var. Ona görə də bütün diqqətimizi məşq prosesinə yönəltmişik.