Ən çox bir-biri ilə qarşılaşan millilər

Ən çox bir-biri ilə qarşılaşan millilər

Bu vaxta qədər Dünya çempionatı tarixində Brazilya və İsveç, Almaniya və Yuqoslaviya, Argentina və Almaniya komandaları bir-biri ilə 7 dəfə qarşılaşıblar. Əgər Rusiya-2018-də Brazilya - İsveç və Argentina - Almaniya oyunları keçirilərsə, bu komandalar 8-ci dəfə bir-birilə qarşılaşmış olacaqlar. Beləliklə, dünya çempionatında ən çox qarşılaşan komandaların rekordu qırılacaq. Brazilya qrup mərhələsini lider, İsveç isə 2-ci yerdə tamamlayarsa, 1/8 finalda qarşılaşacaqlar. Almaniya və Argentina isə qrup mərhələsininin lideri olarsa, yarımfinalda bir-birləri ilə mübarizə aparacaqlar.