Koreyanın KİA Motors şirkəti rəsmi sponsoru olduğu dünya çempionatı 2018 üçün avtomobillərini yarışın təşkilatçı FİFA-ya təqdim edib.
Maşınlar milli komandalar, hakimlər, rəsmi şəxslər, nümayəndələr və VİP-personaların daşınması məqsədilə istifadə olunacaq. Şirkət bunun üçün ümumilikdə 424 maşın olmaqla "Kia K9”, "Sorento”, "Sportage” və "Ceed” modellərini ayırıb.
"Biz sevinirik ki, FİFA-ya dünya çempionatının uğurlu keçməsi işinə kömək edirik. Ümidvarıq ki, bunun nəticəsində dünyada insanlar KİA-nı daha çox tanıyacaqlar” - deyə KİA Motors-un prezidenti Çjon Von Çjon maşınların təqdim olunması mərasimində bildirib.
Həmçinin KİA FİFA ilə birgə futbolsevərlərə "Get into the game” proqramında iştiraka şərait yaradacaq. Birinci növbədə, müxtəlif ölkələrdən olan 64 uşağa DÇ-2018-in 64 oyununun hər birində meydana yarışın rəsmi topunu çıxarmaq imkanı yaradılacaq. Həmçinin "Champ into the Arena” və "Lucky Drive to Russia” proqramı çərçivəsində bir qrup futbol azarkeşi Rusiyadakı yarışı canlı izləyə biləcəklər.