Millimizn futbolçusu 5 ilədək həbs oluna bilər

 Millimizn futbolçusu 5 ilədək həbs oluna bilər
 
Azərbaycan milli komandasının və İspaniyanın "Alkorkon" klubunun futbolçusu Eddi İsrafilov 2015-ci ilin iyulunda "Eybar"da çıxış etdiyi vaxt komanda yoldaşları olmuş Serxio Enriç və Antonio Lunanın iştirakı ilə olan seksual məzmunlu videonu yaymaqda günahlandırılır. Xarici mətbuatın yaydığı məlumatda daha sonra qeyd olunur ki, zərərçəkənin vəkilinin sözlərinə görə, məhkəmə görüntülərin razılıq olmadan çəkilməsində və yayılmasında Enriç və Lunanı, həmçinin İsrafilovu günahlandırır. Cinayət Məcəlləsində razılıq olmadan və ya yayılmaması üçün çəkiliş etməni qadağan edən maddəyə əsasən, bu, 2 ildən 5 ilədək həbsi nəzərdə tutur.
Eddi İsrafilov 2015-ci ildən millimizin heyətində 8 oyuna çıxıb.