32 yığma komandanın devizləri hazırdır

32 yığma komandanın devizləri hazırdır



Futbol üzrə dünya və Avropa çempionatlarını yaxından izləyən oxucularımız yaxşı bilir ki, bu yarışlardan əvvəl ənənəvi olaraq final mərhələsinə vəsiqə qazana komandaların sloqanları tərtib olunur. Rusiyada keçirilən dünya çempiontında da bu ənənə davam edib. DÇ-2018-ə vəsiqə qazanan milli komandaların devizləri yenidən diqqət mərkəzinə düşüb. Həmin komandaları irəli səsləyən və onların istəklərini təcəssüm etdirən cümlələri təqdim edirik.
A qrupu
Rusiya
Açıq ürəklə və sona qədər mübarizə aparaq
Səudiyə Ərəbistanı
Səhranın cəngavərləri
Misir
Fironlardan söz düşəndə hamı ayağa qalxıb, onlara qulaq asacaq
Uruqvay
Günəş Rusiyadan şəfəq saçacaq, bütün səma mavi rəngə boyanacaq
B qrupu
Portuqaliya
Keçmişimiz şərəfdir, bu günümüz tarix
İspaniya
Biz birlikdə məğlubedilməzlərik
İran
80 milyon insanın ürəyi bir millət olaraq birlikdə döyünəcək
Mərakeş
Atlas şirləri Mərakeşin qüdrətidir
C qrupu
Fransa
Sizin gücünüz bizim ehtirasımızdır. İrəli, üçrənglilər
Avstraliya
Cəsur və mübariz olun, Sokkerouzlar qızıldır
Peru
Biz qayıtdıq. 30 milyon perulu bizimlə buraya gəlir
Danimarka
Birlikdə tarix yazaq
D qrupu

Argentina
Birlikdə bir arzu üçün...
İslandiya
Gəlin, arzumuzu həyata keçirək
Xorvatiya
Kiçik ölkə, böyük arzu
Nigeriya
Afrika qürurunun qanadları
E qrupu
Brazilya
5 ulduzdan əlavə 200 milyon ürək
İsveçrə
Dörd dil, bir millət
Kosta-Rika
Bütün ölkə oynayanda mümkün olmayan heç nə yoxdur
Serbiya
Bir komanda, bir arzu - Serbiya
F qrupu
Almaniya
Tarixi birlikdə yazaq

Meksika
Meksikada bu komanda qələbə üçün yaranıb
Cənubi Koreya
Asiya şirləri, dünyanı fəth edin
G qrupu
Belçika
Qırmızı şeytanlar tapşırıqdadır
Panama
Panama - iki dənizin gücü
Tunis
Rusiya, qartallar buraya gəlib. Oyunçular və azarkeşlər əl-ələ verin

İngiltərə
Qələbəni bizə gətirin
H qrupu
Polşa
İrəli Polşa
Seneqal
Mümkün deyil. Bu sözü seneqallılar qəbul etmir
Kolumbiya
Bir arzu, üç rəng və 50 milyon ürək
Yaponiya
Döyüşün, mavi samuraylar
* Qeyd edək ki, yığma komandaların sloqanları əsasən onlar üçün ayrılmış avtobusların üzərində öz əksini tapacaq.