Rəşad Sadıqov: "Hesabda geri düşsək də, təslim olmadıq"

Rəşad Sadıqov: "Hesabda geri düşsək də, təslim olmadıq"

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Rəşad Sadıqov Macarıstanla yoxlama oyunu (3:3) ilə bağlı fikrini bildirib:
"Hər iki komandanın timsalında maraqlı oyun izlədik. Rəqibin heyətində yaxşı oyunçular var. Futbolçularımız oyun ərzində intizama riayət etməyə, sona qədər mübarizə aparmağa çalışdı. Hesabda geri düşsək də, təslim olmadıq. Hətta məğlub olsaydıq belə, komandamdan razı qalacaqdım".