Bu gün saat 19:00: Latviya– Azərbaycan

Bu gün saat 19:00: Latviya– Azərbaycan

Bu gün Riqa şəhərindəki "Dauqava” stadionunda Latviya və Azərbaycan milli komandaları arasında yoldaşlıq oyunu keçiriləcək.
Qarşılaşmanı Belarusdan olan hakimlər idarə edəcək:
Baş hakim: Denis Şerbakov
Baş hakimin köməkçiləri: Yuri Xomçanka, Andrey Xetsikov
Dördüncü hakim: Aleksandr Anufriyev
Bakı vaxtı ilə saat 19:00-da başlayacaq qarşılaşma CBC Sport televiziya kanalı vasitəsilə canlı yayımlanacaq.